Abşeronda oğul anasını bıçaqladı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Abşeronda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Abşeron Gənclər Şəhərciyində
qeydə alınıb.
1984-cü il təvəllüdlü Zalova Kəmalə Zakir qızı 17 yaşlı oğlu
tərəfindən 4 bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib,
onun vəziyyəti ağırdır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə
yerinə cəlb olunub.