ABŞ rəsmən AÇIQLADI – Növbəti müharibə bu ölkədə BAŞLAYACAQ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru
Lindsey Qrahamın İsrailə səfəri ilə bağlı bəzi detallar məlum
olub.

Publika.az xəbər verir ki, İsrailin “Haaretz”
qəzeti israilli səlahiyyətlilərin senatora Livanın “Hizbullah”
təşkilatı ilə bağlı məlumat verdiyini yazıb.

“Hizbullah”ı çox güclü təşkilat adlandıran Qraham “bu təhlükə
davam edərsə, yəni, hava limanını vura biləcək raketləri
hazırlamaqda davam edərlərsə və İsrail dövlətinə zərər verərlərsə,
Livana girəcəklərini dedilər. Bir sonrakı savaş Livanın cənubunda
olacaq” deyib.

Amerikalı senator İranın dəstəklədiyi “Hizbullah”ın Livanda
həssas silahların istehsal ediləcəyi fabrikin inşa etməsi barədə
ABŞ-ın yanvar ayında hazırladığı hesabatı xatırladıb.

“Beynəlxalq cəmiyyəti və ABŞ prezidenti Donald Trampı sınağa
çəkirlər”, – o vurğulayıb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp