ABŞ bu səhvin bir addımlığına gəldi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“ABŞ-ın nüvə silahının tətbiqinin bir addımlığına
gəlməsi beynəlxalq təhlükəsizlik üçün təhdiddir”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın
Təhlükəsizlik Şurasının katibinin beynəlxalq təhlükəsizlik
məsələləri üzrə köməkçisi Aleksandr Venediktov “RİA-Novosti”
agentliyinə müsahibəsində bildirib.

“Nüvə siyasətinin icmalında birbaşa deyilir ki, ABŞ cavab
zərbəsi kimi qəti tədbirlərin görülməsi imkanını istisna etmir.
Təbii ki, nüvə silahının tətbiqinin bir addımlığına gəlməsi
beynəlxalq təhlükəsizlik üçün böyük təhdiddir. Belə yanaşma zamanı
səhvin qiyməti bütün bəşəriyyət üçün aradan qaldırılması mümkün
olmayan nəticələrlə nüvə müharibəsinin başlanmasıdır”, – agentliyin
həmsöhbəti deyib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp