ABŞ-a aid hərbi təyyarədə OLAY
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
ABŞ-ın Vaşinqton ştatından Kaliforniyadakı bir hərbi
bazaya uçuş edən ABŞ Hərbi Dəniz Qüvvələrinə aid EA-18G Grovler
təyyarəsinin heyəti yerdən 7,6 km yüksəklikdə soyuqdan
donub.
Publika.az “Defense News” saytına istinadən
xəbər verir ki, donmaya səbəb təyyarənin istilik sistemində yaranan
nasazlıq olub.
Təyyarənin temperaturu -30 dərəcəyə düşüb. Kabinlər çənlə,
təyyarənin paneli isə buzal örtülüb. Pilotlar çətinliklə Vaşinqtona
geri qayıtmağa məcbur olublar. Onların kəskin soyuğa məruz
qalmalarına baxmayaraq, vəziyyətlərinin yaxşı olduğu
bildirilib.
Zümrüd