Xudatda ev sahibi qonağını öldürdü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xudatda həmyerlisini öldürməkdə təqsirli bilinən
Bəxtiyar Çobanovun cinayət işi üzrə məhkəmə prosesi
başlayıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər
Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan
prosesdə təqsirləndirilən şəxsin anket məlumatları
dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 7-nə təyin edilib.

İttihama görə, Xudat şəhərində 1964-cü il təvəllüdlü Bəxtiyar
Çobanov 1968-ci il təvəllüdlü tanışı Hikmət Babayevi qətlə
yetirib.

Məlum olub ki, Hikmət Babayev 2017-ci il oktyabrın 29-da
Bəxtiyar Çobanovun Xudat şəhərində yerləşən evinə qonaq gəlib. Evdə
içki məclisi qurulub. Sərxoş olandan sonra tanışların sözü
çəpləşib. Hikmət Bəxtiyarın ünvanına nalayiq ifadələr işlədib.
Əsəbiləşən Bəxtiyar bıçağa əl atıb.

Hadisəni törədən Bəxtiyar Çobanov həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
maddəsi ilə ittiham elan edilib.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp