“Uşağım polisin köməyi ilə dərsə gedir…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam
orta məktəbin direktoru şagirdi köynəyinin üzərindən jilet
geymədiyi üçün döyüb.

Bu barədə Teleqraf.com-a məktəbin 9-cu sinif şagirdi Rauf
Oruclunun valideyni Nahid Orucov məlumat verib.

Onun sözlərinə görə, 2-ci qrup əlil olduğu üçün işləyə bilmir:
“Uşağımın məktəb geyməyə şalvarı, köynəyi var. Məktəbə Azər
Ələkbərov təzə direktor təyin olunandan sonra uşağın jiletinin
olmamasını problem etdi. Dekabrda məni məktəbə çağırdılar. Kasib
adam olduğumu və jileti almağa imkanım olmadığını bildirdim.
Direktor mənə dedi ki, uşağın epilepsiyası var və bura sizinçün
xəstəxana deyil. Uşağını apar başqa yerdə, ya da, rayonda məktəbə
yerləşdir.

Oğlum uşaqlıqdan 2-ci mərtəbədən yıxılıb və kəllə-beyn travması
alıb. Direktora bildirdim ki, onsuz da 9-cu sinif bitdikdən sonra
istəyən şagird şəhadətnaməsini alır və məktəbi tərk edir. Onlar
uşağı məktəbin içinə buraxmırdılar. Onu 3 aya yaxın inctdilər”.

Nahid Orucov deyir ki, məktəbdə oğlunu müəllim və direktor
döyüb:

“Uşaq huşunu itirib. Təcili Tibbi Yardım çağırıblar. Onların
köməyi ilə özünə gəlib. Daha sonra polis də gəldi və hazırda
araşdırma aparılır. Onlar hadisədən əvvəl məsələni o yerə
gətirdilər ki, mən müəllimlərin cibinə pul da qoyası oldum. Hətta,
məktəbdə Sakit adlı müəllim mənə dedi ki, 300 manat ver uşağın 9-cu
sinfi bitirsin. Bildirdim ki, o pulu verməyə heç bir imkanım yoxdu.
Necə olur ki, pulu verəndə uşağım tərbiyəli olur, verməyəndə
yox?”.

Valideyn qeyd edib ki, hazırda uşaq polislərin köməyi ilə
məktəbə gedir.

Məktəb direktoru Azər Ələkbərovla əlaqə saxlasaq da, o,
suallarımıza cavab vernəkdən imtina edib. Bildirib ki, baş verən
olayla bağlı Bakı şəhər üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp