Türkiyənin dünyanı qorxuya salan MÖHTƏŞƏM YERLİ HƏRBİ TEXNİKALARI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İnkişaf edən sənaye ilə birlikdə silah istehsalı da gün
keçdikcə başdan-ayağa yenilənir və inanılmaz bir gücə sahib
olur.

Publika.az xəbər verir ki, “Business İnsider”
dünyanın ən güclü silahlarına sahib ölkələrin siyahısını təqdim
edib.

Siyahının ilk beşliyində təxmin olunduğu kimi ABŞ, Rusiya, Çin,
Hindistan və Fransa yer alıb. Türkiyə ən güclü ordular
sıralamasında İngiltərə və Yaponiyadan sonra 8-ci pillədə
qərarlaşıb. Siyahının ilk onluğunu Almaniya və Misir
tamamlayıb.

Son dövrlərdə keçirdiyi əməliyyatlar, təşkil etdiyi hərbi
hərəkatlar, özəlliklə, “Zeytun budağı” və Rusiyadan alınan S-400
havadan müdafiə sistemi ilə adını dünyaya həm də güclü bir hərbi
sənaye ölkəsi kimi tanıtdıran Türkiyə yerli hərbi texnologiyası ilə
ön sıralarda qərarlaşır.

ANKA

TUSAŞ və TUSAŞ Motor Sənayesi platformaları motor ehtiyacını
qarşılamaq üçün 2014-cü ildə razılaşma əldə edərək, “Motor
Modifikasiya Layihəsi”nin icrasına başlayıb. ANKA adlı təyyarələr
məhz bu layihə sayəsində pilotsuz aparatlara çevirilib. Çalışmalar
155 at gücündə, 165 kq ağırlığı olan bir motorun üzərində aparılıb.
Bu modifikasiya sayəsində motorun verdiyi güc və elektrik istehsalı
artırılaraq pilotsuz təyyarələrdə istifadəyə verilib.

“Atak” helikopteri

Türkiyənin yerli istehsal şəbəkəsi daha bir uğurlu işə imza
atıb. Bu hücum və kəşfiyyat helikopteri olan “Atak” layihəsidir.
Layihə 1995-ci ildə start götürüb. İtaliyanın “AgustaWestland”,
TUSAŞ və ASELSAN-nın ortaq işi olan ATAK T-129 helikopteri ilk
sınağını 2009-cu ildə İtaliyada gerçəkləşdirib.

“SOM” RAKETİ

“TÜBİTAK SAGE” tərəfindən düzəldilən və istehsalını “Roketsan”
şirkətinin həyata keçirdiyi bu raket 180 km mənzilə sahibdir.

“CİRİT” RAKETİ

“Cirit” də Türkiyənin raket və raket sistemləri istehsalçısı
olan “Roketsan” tərəfindən düzəldilib. Xəfif zirehli, sabit və
hərəkətli hədəflərə qarşı yüksək həssaslığı olan bu raket ATAK
helikopterlərinə də quraşdırılıb.

ZIPQIN

Türkiyənin ilk yerli avtomobilə bərkidilmiş silahı olan Zıpqın
2004-cü ildə orduya təhvil verilib. Bu silah Sərhəd Təhlükəsizlik
Sisteminin Hatay bölməsində xidmət göstərir. Zıpqının sayəsində
sərhədə yaxınlaşan təyyarələr və digər vasitələr təsbit edilir və
mərkəzə bildiriş göndərilir. Sərhəddəki bütün görüntülər tək
mərkəzdə toplanır və kameralar təhlükə daşıyan bütün yad cisimlərə
tuşlanır. Radar qarışdıran cihazlara sahib bu sistem hər növ
təhlükədən xəbərdar ola bilir.

FIRTINA

Bu silah aşağı sürətdə yüksək traektoriyalardakı mərmilərin
atılması üçün qısa bir quruluşa malikdir. Fırtına 25 km uzaqdakı
mənzilə atdığı atışlarda bir hədəfi üç fərqli nöqtədən vura bilmək
özəlliyinə sahibdir.

“LUMTAS” RAKETİ

Lumtas raketi lazerlə təchiz edilib. Bu silahın sınaqları və
Atak helikopterinə inteqrasiyası üçün işlər ötən il başa çatıb.

“ALTAY” TANKI

“Altay” Türkiyənin istehsal etdiyi 3-cü nəsil müharibə tankıdır.
Hazırda detallı şəkildə dizayn edilmə mərhələsindədir. “Avtokar”
şirkəti tərəfindən istehsal edilən tank Türkiyə Silahlı
Qüvvələrinin gerçəkləşdirə biləcəyi hər növ hərəkatda xidmət
göstərə bilər.

Bu tank istehsal edilərkən BMT və NATO-nun silah ehtiyacı
diqqətdə saxlanılıb. Buna görə də “Altay” müasir tanklarda istifadə
edilən ən yeni texnologiyalara sahibdir.

“HİSAR” RAKETLƏRİ

“Hisar” raketləri Türkiyə Silahlı Qüvvələri, hərbi baza, təsis
və birliklərin hava hücumlarından qorunması məqsədilə dəyişə bilən
atış və əmr nəzarəti infrastrukturuna uyğun şəkildə hazırlanıb. Bu
raketlər sabit və fırlanan qanadları olan təyyarələrə, havadan
quruya atılan raketlərə və pilotsuz təyyarələrə qarşı istifadə
oluna bilir. 10+, 16+ km mənzilə sahibdir.

ASLAN

“Aslan” zirehli tankları müharibənin şiddətinə bağlı olaraq
22-25 at gücü/ton ağırlığında, avtomatik sürət qutulu, ana müharibə
tankları ilə ortaq hərəkət etmə qabiliyyətinə malikdir. Bu tank
fərqli sistemlərin tətbiq edilməsi sayəsində hər növ vəzifəni icra
edə bilir. “Aslan” ballistik materiallardan emal edilir. Gövdəsi
sukeçirməzdir. Daşıdığı yük yeri ilə genişləndirilmiş sürücü
bölməsi tankın ön hissəsində yer alıb. Nişançı və komnadir bölməsi
isə orta hissədə yerləşdirilib. Arxa qismə isə 8 nəfərlik heyət
yerləşə bilir.

PARS 4X4

Pars 4X4 irəlini görmə, anti-tank məqsədilə istehsal edilən bir
maşındır. Bu texnika bütün əməliyyatlarda ehtiyaclara cavab verəcək
formada düzəldilib. 2 metrə yaxın uzunluğu olan bu maşına 5 nəfər
yerləşir. Heç bir hazırlığa ehtiyac olmadan dərin və sürətli su
hövzələrində işləyə bilir. Maşının sudakı manevr qabiliyyəti
arxasında yerləşdirilən iki su jeti sayəsində əldə edilir. Maşın
suda pivot (nöqtə) dönüşü edə bilir və suda geriyə istiqamət
götürür.

Pars mina və əllə hazırlanmış bombalara qarşı dözümlüdür.
Gövdəsi ballistik materialdan hazırlanıb. CH-47 Çinok təyyarəsi
daxil olmaqla, hər növ hərbi yük təyyarəsində daşına bilir.

ANKEROT

Ankerot Konya şəhərində, xüsusilə, Şərq və Cənub-şərq
sərhədlərində PKK terror təşkilatına qarşı mübarizə aparan hərbi
qüvvələr üçün istehsal edilib. Bu tanka bənzəyən, uzaqdan idarə
edilən, kiçik pilotsuz maşındır.

KORAL

“Koral” ASELSAN tərəfindən istehsal edilib. Hədəf ölkənin
radarlarını yayındırıb işləməz hala gətirir. Bu Mobil Elektronik
Hərb Sistemi Hava Qüvvələrində xidmət edir. Hərbi-taktiki maşınlara
bağlanır və bir dəstək sistemi sayəsində hücum maşınına çevrilə
bilir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp