“Türk dünyasını qafalarda birləşdirmək lazımdır”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Bütün məsuliyyətimlə bəyan edirəm ki, ermənilər nəinki
Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir.
Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot
təsdiq edir”.

AMEA-nın Tarix İnstitutundan Publika.az-a
verilən məlumata görə, bunu institut direktoru, Milli Məclisin
deputatı, akademik Yaqub Mahmudov Ankarada Xocalı soyqırımının
26-ci ildönümünə həsr olunmuş Beynəlxalq Xocalı Simpoziumunda
çıxışı zamanı deyib.

Bu gün konfliktlərin hamısı türk-islam coğrafiyasında baş verir.
Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Azərbaycan və
Türkiyənin terror təşkilatı yoxdur, amma ermənilərin yüzlərlə
terror təşkilatı var. Terror təşkilatlarını böyük dövlətlər
yaradır”.

Tarixçi alim qeyd edib ki, soyqırımları və terror xaç yürüşləri
zamanı Avropadan başlayıb: “Böyük coğrafi kəşflər zamanı Avropadan
yeridilən siyasət nəticəsində Amerika və Asiyanın qədim xalqları
məhv edilib və dünyanın bir çox xalqları yer üzündən silinib. İki
dünya müharibəsi Avropadan başlayıb, Avropa faşizmin vətənidir, ilk
faşist rejimləri orada yaradılıb, antisemitizmin vətəni Avropadır
və bu gün də İslama qarşı bütün hərəkatlar Avropadan başlayır”.

Y.Mahmudovun sözlərinə görə, Tarix İnstitutunda aparılmış
tədqiqatlar nəticəsində 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman
erməni dövləti olmadığı sübut edilib:

“Tarixinə sahib çıxmayan xalq isə gec-tez başqalarına yem olur.
Bütün türk dünyasını qafalarda birləşdirmək lazımdır. Heç zaman nə
Rusiya, nə də Avropa ölkələri ermənilərə “Böyük Ermənistan” dövləti
yaratmayacaqlar. Bu, onlara sərf etmir. Amma çirkin niyyətlərini
həyata keçirməkdən ötrü ermənilərdən istifadə edirlər”.

Simpozium çərçivəsində Yaqub Mahmudov “Xocalı şəhidləri xatirə
ormanı”nın salınmasında və orada ilk ağacların əkilməsində iştirak
edib. Tədbirdə, həmçinin Xocalı soyqırımından bəhs edən “Cəzasız
cinayət” adlı sənədli film də nümayiş etdirilib. Filmin
məsləhətçisi Bakı Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmov, ssenari müəllifi, rejissoru və prodüseri isə BDU-nun
əməkdaşı Leyla Rəşiddir.

Xatırladaq ki, beynəlxalq simpozium 6 qurumun – Türk Tarix
Qurumu, Ankara Yıldırım Bəyazid Universiteti, Türk Əməkdaşlıq və
Koordinasiya Agentliyi (TİKA), Azərbaycanın Türkiyədəki səfirliyi,
Pursaklar bələdiyyəsi və “Tarixdaş – Millətlər və Cəmiyyətlər”
dərnəyinin birgə təşkilatçılığı ilə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp