Son 3 həftədə qripdən ölənlərin sayı 50 nəfərə çatdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çexiyada qeydə alınan qrip epidemiyası can almağa davam
edir.

Publika.az xəbər verir ki, son bir ay ərzində
qripdən ölənlərin sayı 50 nəfəri keçib. Çexiya Dövlət Səhiyyə
İnstitutunun yaydığı məlumata görə, xəstəxanalara müraciət edən
xəstələrin vəziyyəti ağırdır.

Məlumatda o da qeyd olunub ki, qrip epidemiyası səbəbindən
ölənlərin əksəriyyəti yaşlı və uşaqlardır. Beləki ölənlərdən 43
nəfərin 60-dan çox yaşı olub. Digərləri isə təxminən 25-59 yaş
aralığında olan şəxslər.

Çexiya xəstəxanalarına yerləşdirilən xəstələrdən 200 nəfərin
vəziyyəti ciddi olaraq qalıb. Qripdən zərərçəkmişlərin ümumi sayı
isə hələ ki açıqlanmır.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp