Şabranda xalça istehsalı emalatxanası tikiləcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev Şabran rayonunda xalça istehsalı
emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun
yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam
imzalayıb.

Publika.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi,
avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması
məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22
yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan
vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin
2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə
ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp