Qadına qızıllarını satdırdı, axırda… – Çılpaq şəkillə şantaj



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda qadını şantaj etməkdə təqsirli bilinən Ağcabədi
rayon sakini Rakif Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa
çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər
Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan
prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Rakif Quliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi
rayon sakini Rakif Quliyev həbs edilib.

Rakif Quliyev sosial şəbəkədə Bakı şəhər sakini Əfsanə Babayeva
(ad və soyad şərtidir – red.) ilə tanış olub. Tanışlıq sevgi
münasibətlərinə çevrilib. Onlar sosial şəbəkədə biri-birlərinə
şəkillər göndəriblər. Əfsanə Babayeva lüt şəkillərini də
yollayıb.

Rakif Quliyev lüt şəkilləri yayacağını və Əfsanəni rüsvay
edəcəyi ilə hədələyib, pul tələb edib. Qadın Rakif Quliyevə bir
neçə dəfə pul verib.

Sonda Rakif Quliyev Əfsanədən 3 min dollar tələb edib. Qadın
əvvəlcə bütün qızıllarını satıb, 3 min dollar düzlədib. Sonra
şantaj olunması ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinə müraciət edib.

Mətbuat prospektində Rakif Quliyev 3 min dolları Əfsanə
Babayevadan alarkən yaxalanıb və həbs edilib.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp