Moskva Avropa əhalisini ABŞ-a qarşı ÜSYANA ÇAĞIRDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Rusiya ümid edir ki, ABŞ-ın nüvə silahının ərazilərində
yerləşdirilməsinə Avropa ölkələrinin vətəndaşları “yox” deməyi
bacaracaqlar”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki,
bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov
Cenevrədə keçirilən silahsızlaşdırma üzrə konfransda çıxışı zamanı
deyib.

“Ümid edirəm, Avropa vətəndaşları kütləvi qırğın silahının öz
ərazisində yerləşdirilməsinə “yox” deməyi bacaracaqlar. Həm də
silahlar tək dövlətə aiddir. Həmin dövlət artıq o silahı Xirosima
və Naqasaki şəhərlərinin əhalisinə qarşı tətbiq edib. Rusiya
genişləndirilmiş taktiki nüvə silahına sahib deyil, onun tətbiqi
üçün heç bir iş görmür. Bizdə olan döyüş sursatlarının hamısı öz
ərazimizdə olan mərkəzi bazalarda yerləşdirilib. Hər kəsə aydın
olmalıdır ki, ABŞ Avropa ölkələrinin hərbi qüvvələrini Rusiyaya
qarşı taktiki nüvə silahının tətbiqinə hazırlayır ”, – Lavrov
bildirib.

Onun sözlərinə görə, bu baxımdan, Avropada ABŞ-ın taktik nüvə
silahlarının mövcudluğu yalnız “soyuq müharibə”nin rudimenti deyil,
həm də açıq-aydın təcavüzkar mövqedir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp