Kazanda silahlı insident: Polis öldürüldü
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Tatarıstanın paytaxtı Kazanda silahlı insident baş
verib.
Publika.az xəbər verir ki, hadisə zamanı biri
mülki şəxs olmaqla, 3 nəfərin yaralanıb.
Hücumu 24 yaşlı gənc həyata keçirib və o, şəhərin cənub
istiqamətindən tüfənglə atəş açıb.
Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri ilə təcavüzkar
arasında qarşıdurma yaşanıb. Yaralanan polislərdən biri xəstəxanada
dünyasını dəyişib.
Daha sonra saxlanılan şəxsin intihar etdiyi bildirilib.