İnsanlar bu tarixdə yadplanetlilərlə əlaqə yaradacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bəşəriyyət cari yüzillikdə yadplanetlilərlə əlaqə
yaradacaq
.

Publika.az “Science Alert” nəşrinə istinadən xəbər verir ki, bu
iddia ilə əslən yaponiyalı olan nəzəriyyəçi-fizik Mitio Kaku çıxış
edib.

Fizikin fikrincə, insanlar radiosiqnalları dinləyərək əsrin
sonuna yaxın yadplanetli sivilizasiyanı aşkar edəcəklər. Ancaq alim
düşünür ki, ünsiyyəti qaydaya salmaq ağır olacaq.

SETI (Search for Extraterrestrial Intelligence) layihəsinin
böyük astronomu Set Şostak həmçinin hesab edir ki, yadplanetlilərlə
əlaqə radiodalğa əlaqəsi vasitəsilə ən yaxın 20 ildə olacaq. Eyni
zamanda fizik-nəzəriyyəçi Stiven Xokinq güman edir ki,
yadplanetlilər bəşəriyyət üçün təhlükə təşkil edirlər və insanlar
yerdən kənar sivilizasiyaların müraciətlərinə məhəl
qoymamalıdır.

Sonuncu ilə astronomlar Maykl Xippke və Con Lerned razıdır.
Onlar güman edirlər ki, yerdən kənar sivilizasiyalarının
müraciətlərində zərərverici kodlar və ya təhlükəli yalan məlumatlar
ola bilər.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp