Hollandiya Türkiyəyə “yox” dedi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türklərin ermənilərə qarşı təşkil etdiyi “soyqırımı”
tanıyan Hollandiya Türkiyədə keçiriləcək Dünya Dağ Xizəyi
Çempionatına qatılmayacaq.

Publika.az xəbər verir ki, Hollandiya buna
səbəb olaraq iki ölkə arasındakı siyasi gərginliyi əsas
göstərib.

3 martda təşkil ediləcək çempionatda Hollandiya ilə yanaşı,
Cənubi Koreya da iştirak etməyəcək. Cənubi Koreya qatılmama səbəbi
kimi 2018 Qış Olimpiya Oyunlarına ev sahibliyi etdiyini
göstərib.

Qeyd edək ki, Beynəlxalq Xizək Federasiyası tərəfindən təşkil
edilən dünyanın ən prestijli dağ xizəyi yarışı bu il 3-cü dəfə
Türkiyənin Ərciyəz bölgəsində keçiriləcək. Çempionata 17 ölkədən 97
idmançının qatılacağı gözlənilir.

Azərbaycan bu çempionatda təmsil olunmayacaq.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp