“Həyat “Qarabağ” üçün daha çətin olacaq”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində
“Atletiko Madrid”ə vurduğu od hələ sönməyib.

Publika.az xəbər verir ki, İspaniya mətbuatı
gələn mövsümdən etibarən avrokuboklardakı dəyişikliklərlə bağlı
məqalə dərc edərək, “Qarabağ”dan yazmağı da unutmayıb.

İspanlar Çempionlar Liqasına ilk dəfə bu mövsüm vəsiqə qazanan
“Qarabağ”ın gələn ildən etibarən bu liqaya düşmə şansının
olmadığını bildirib.

Məqalədə “Həyat “Qarabağ” üçün artıq daha çətin olacaq. Nəinki
Çempionlar Liqası, hətta Avropa Liqasında da qrupa düşmək reytinqi
aşağı olan ölkələrə baha başa gələcək”, – ifadələrinə yer
verilib.

Qeyd edək ki, “Qarabağ” ÇL-in qrup mərhələsində qarşılaşdığı
“Atletiko” ilə səfərdə 1:1, evdə isə 0:0 hesabına razılaşmışdı. Bu
nəticə ispan komandasını qrup sıralamasında geriyə salmış və
Çempionlar Liqasında irəliləməsinə mane olmuşdu.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir