Gürcüstan prezidenti bir nəfər Azərbaycan vətəndaşını əfv edib



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Gürcüstan prezidenti Qeorgi Marqvelaşvili əfv fərmanını
imzalayıb.

Dövlət başçısının fərmanı ilə 116 nəfər məhbus əfv olunub.

Əfv olunanlardan biri də Azərbaycan Respublikasının
vətəndaşıdır.

Gürcüstanın Əfv məsələləri üzrə Dövlət Komissiyasının sədri
Zviad Koridze “Report”un Gürcüstasn bürosuna açıqlamasında bildirib
ki, əfv olunan məhbuslardan 73 nəfəri, o cümlədən 4 qadın bu gün
cəzaçəkmə müəssisəsini tərk edəcək. Həmçinin əfv olunan Azərbaycan
Respublikasının vətəndaşı bu gün həbsxanadan buraxılacaq. Bundan
başqa daha 43 nəfərin cəzalarının çəkilməmiş hissəsi xeyli
azaldılıb. Onların sırasında qadınlar da var.

Z.Koridze bildirib ki, komissiya fevralın 19-dan 26-dək olan
müddətdə ümumilikdə 858 məhbusun müraciətinə baxıb.

Komissiyada baxılan müraciətlər arasında Azərbaycan
vətəndaşlarının da sənədləri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp