Gəncədə qorxunc dəstənin 3 üzvü də tutuldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Gəncə şəhərində soyğunçuluq, quldurluq və oğurluq
cinayətləri törədən mütəşəkkil dəstənin daha bir neçə üzvü müəyyən
edilib.

Publika.az xəbər verir ki, həbs edilmiş Elxan Yaqubov və Adil
Nuriyevin ətrafında istintaq hərəkətləri davam etdirilib.

Onların fevralın 5-dən 25-dək olan müddətdə Goranboy rayon
sakini Eldar Qənbərov, Gəncə şəhər sakinləri Şaiq Hacıyev və Aytən
Allahverdiyeva ilə birgə Gəncənin Nizami rayonu ərazisindəki 3
evdən pul, qızıl və məişət əşyaları oğurladıqları müəyyən
olunub.

Həyata keçirilən əməliyyat tədbirləri ilə Eldar Qənbərov, Şaiq
Hacıyev və Aytən Allahverdiyeva saxlanılıblar.

Qeyd edək ki, Elxan Yaqubov və Adil Nuriyev fevralın 25-də həbs
ediliblər.

Mingəçevir şəhərindən Gəncəyə işləmək məqsədi ilə gələn1998-ci
il təvəllüdlü Əbruz Mikayıllı kirayə yaşadığı evə maskalı şəxslərin
silahlı basqın etməsi barədə Daxili İşlər Nazirliyinin “102”
xidmətinə məlumat verib.

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının əməliyyat
tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri
– 1997-ci il təvəllüdlü Elxan Yaqubov və 1991-ci il təvəllüdlü Adil
Nuriyev dəmir barmaqlıqları qıraraq evə daxil olublar.

Soyğunçuların üzərinə baxış zaman onlardan 1 ədəd “Makarov”
tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib
bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq
götürülüb.

Adil Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb. Dələduzluq
etdiyi üçün o, Binəqədi rayon Polis İdarəsi tərəfindən axtarışda da
olub.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp