Erməni diaspor təşkilatlarının Avropa Parlamentində keçirdiyi tədbir iflasa uğradı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 27-də erməni diaspor təşkilatlarının Avropa
Parlamentində keçirdiyi tədbir azərbaycanlı gənclərin səyləri
nəticəsində iflasa uğradılıb.

APA-nın xəbərinə görə, sırf propaqanda xarakteri daşıyan
tədbirdə erməni millətçiləri və işğalçı rejimin təmsilçiləri ilə
birgə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş
Avropa Parlamentinin deputatı Lars Adaktusson, tanınmış
ermənipərəst S. Markedonov və digər bu kimi “müstəqil
mütəxəssislər” iştirak ediblər.

Tədbir zamanı çıxışçıların gülünc fikirlərinə etiraz əlaməti
olaraq, azərbaycanlı gənclər “Xocalıya ədalət” şüarının əks
olunduğunu plakat qaldırıblar. Tədbirin təşkilatçıları Azərbaycanlı
gənclərə hücum çəkərək kobudcasına plakatı onların əllərindən
almağa çalışıb, çaxnaşma yaradıblar.

Zalda olan azərbaycanlı gənclərin çıxışlarında Xocalı
soyqırımını törətmiş, azərbaycanlılara qarşı etnik təmizləmə
aparmış Ermənistanın münaqişədə işğalçı mövqeyi ifşa edilib, bu
səpgidə suallar ünvanlandırılıb. Tədbirin gedişatının ermənilərin
nəzarətindən çıxdığını görən təşkilatçılar hətta onun sosial
şəbəkələr vasitəsilə canlı yayımını dayandırmağa məcbur
olublar.

Beləliklə, erməni diasporunun Avropa Parlamentinin binasında
keçirilmiş “yığıncağını” beynəlxalq konfrans kimi təqdim etmək
cəhdləri vətənpərvər Azərbaycan gənclərinin mütəşəkkil səyləri
sayəsində tam iflasa uğrayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp