Elmi müəssisə və təşkilatların işçilərinin maaşları artırıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev Dövlət büdcəsindən
maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin
əməkhaqlarının artırılması haqqında sərəncam imzlayıb.

Publika.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşdirilən
elmi müəssisə və təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini
daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi
ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və
təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən
edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta
hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp