Elmar Məmmədyarov prezidentdən Şahbaz Quliyevlə Dilqəm Əsgərovun azad edilməsini istədi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə
Bölməsinə rəsmi səfəri çərçivəsində Beynəlxalq Qırmızı Xaç
Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə
görüşüb.

Publika.az-a XİN-dən verilən məlumata görə,
görüşdə Azərbaycan və BQXK arasında 20 ildən çox davam edən
əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunaraq bu
çərçivədə görülmüş işlər və əlaqələrin inkişaf perspektivləri
ətrafında fikir mübadiləsi aparılıb. BQXK tərəfindən Azərbaycana
göstərilmiş dəstək və yardımlar yüksək qiymətləndirilərək Komitənin
ölkəmiz üçün mühüm beynəlxalq humanitar tərəfdaş olduğu diqqətə
çatdırılıb.

Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzünün humanitar aspektlərinə toxunaraq, 2014-cü ilin iyul
ayında öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan
tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və
Dilqəm Əsgərovun azad edilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində
demoqrafik vəziyyətin dəyişdirilməsi, Suriyadan olan ermənilərin
həmin ərazilərdə yerləşdirilməsi, qeyri-qanuni iqtisadi və digər
fəaliyyətlər həyata keçirməklə beynəlxalq humanitar hüquq, xüsusilə
Cenevrə Konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərini
kobud şəkildə pozduğunu vurğulayıb.

Həmçinin, BQXK-nın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə
zonasının cəbhə bölgəsində yaşayan əhaliyə göstərdiyi humanitar
dəstəyi, eyni zamanda itkin düşmüş şəxslərin ailələrindən bioloji
nümunələrin toplanması kimi fəaliyyəti təqdir olunaraq gələcəkdə
səmərəli qarşılıqlı əməkdaşlıq çərçivəsində bu kimi səylərin davam
etdirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə BQXK arasında əməkdaşlığın gələcək
perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp