Çindən Suriyaya BÖYÜK DƏSTƏK – 40 milyon



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çin höküməti tərəfindən Suriyaya humanitar yardım
göstərilib.

Publika.az xəbər verir ki, bu barədə mətbuata
Çin Xalq Respublikasının Suriyadakı səfiri Si Syanszin məlumat
verib. Səfir bildirib ki, humanitar yardım məqsədilə Çin Suriyaya
5,4 min ton düyü göndərib.

Səfir çıxışında rəsmi Pekinin Suriya torpaqlarında ədalətin
bərpasında maraqlı olduğunu və bu istiqamətdə fəal rol oynamağa səy
göstərdiklərini də qeyd edib:

“Ümid edirik ki, humnaitar yardımlar və bu istiqamətdə görülən
digər tədbirlər Suriya xalqının son dövrlərdə çəkdiyi əziyyətləri
nisbətən də olsa azaltmağa kömək edəcək”.

Xatırladaq ki, daha əvvəl Çin Respublikası Suriya rəhbərliyi ilə
40 milyon dollar dəyərində 3 saziş imzalayıb. Sazişə əsasən
elektrik avadanlıqları, nəqliyyat vasitələri və digər humanitar
yardımların tədarükü qismində Çin Dəməşqə qarşılıqsız yardım
göstəriləcək.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp