Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən
gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti
izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən
məlumata görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün
ərzində 1-nin açılması təmin olunub.
Axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş
verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7,
qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.