Çempionlar Liqasında yeni mövsümün KEÇİRİLMƏ QAYDASI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

UEFA 2018-2019 mövsümündə Avropa kuboklarının keçirilmə
sistemini açıqlayıb.

Gələn mövsüm Çempionlar Liqasında qrup mərhələsinə 26 klub
birbaşa vəsiqə əldə edəcək.

Təsnifat mərhələsindəki hər bir komanda isə Avropa Liqasında
oynamaq üçün ikinci şans qazanacaq.

17 komanda Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqəyə
yiyələnəcək. Qalan 31 klubdan 10-u Çempionlar Liqasının “pley-off”,
21-i isə iki müxtəlif istiqamət – Çempionlar Liqası və Avropa
Liqasından gələcək.

Çempionlar Liqasının təsnifat mərhələsi üçün “uduzan çıxır”
prinsipi üzrə mini-turnir, Avropa Liqası üçün isə ev-səfər prinsipi
üzrə ilkin mərhələ təşkil olunacaq.

Qrup mərhələsinin formatı dəyişməyəcək. Lakin Çempionlar Liqası
və Avropa Liqasının oyunları üçün başlama saatı Avropa vaxtı ilə
18:55 (Bakı vaxtı ilə 20:55 və ya 21:55) və 21:00 (23:00 və ya
24:00) müəyyənləşdirilib.

Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqələrin
sahibləri bunlar olacaq:

Çempionlar Liqasında 2017-2018 mövsümünün qalibi (1);

Avropa Liqasında 2017-2018 mövsümünün qalibi (1);

UEFA reytinqində ilk 4 yeri tutan İspaniya, Almaniya, İngiltərə
və İtaliya hərəyə 4 komanda ilə (16);

UEFA reytinqində 5-6-cı yerləri tutan Fransa və Rusiya hərəyə 2
komanda ilə (4);

UEFA reytinqində 7 – 10-cu yerləri tutan Portuqaliya, Ukrayna,
Belçika və Türkiyə hərəyə 1 komanda ilə (4)

Çempionlar Liqasının qalibi daxili çempionatında tutduqları yer
vasitəsilə qrup mərhələsinə vəsiqə qazanarsa, vakant vəsiqə UEFA
reytinqində 11-ci yeri tutan (Çexiya) ölkənin təmsilçisinə
veriləcək. Həmin komanda Çempionlar Yolundan mübarizəyə
qoşulacaq;

Avropa Liqasının qalibi daxili çempionatdan da qrup mərhələsinə
vəsiqə qazanarsa, vakant vəsiqə UEFA reytinqində 5-ci yeri tutan
(Fransa) ölkənin 3-cü komandasına veriləcək. Həmin komanda Liqa
yolundan mübarizəyə qoşulacaq;

Qrup mərhələsində maksimum 5 klubla təmsil olunmağa icazə
veriləcək.

Çempionlar Yolu (4 vəsiqə)

Bu yolla 11-ci yerdən aşağı pillələrdə qərarlaşmış milli
assosiasiyalar ilkin, 3 seçmə mərhələ və pley-offu keçməklə, vəsiqə
qazana biləcəklər.

İlkin mərhələ: “Uduzan-çıxır” prinsipi üzrə mini-turnirdə 4
komanda çıxış edəcək;

I təsnifat mərhələsi: 33 komanda və ilkin mərhələnin qalibi
çıxış edəcək;

II təsnifat mərhələsi: 3 komanda və I təsnifat mərhələsinin 17
qalibi;

III təsnifat mərhələsi: 2 komanda və II təsnifat mərhələsinin 10
qalibi;

Pley-off: 2 komanda və III təsnifat mərhələsinin 6 qalibi.

İlkin mərhələdən III təsnifat mərhələsinədək keçirilmiş
qarşılaşmalarda uduzan bütün komandalara Avropa Liqasında uğur
qazanma şansı veriləcək. Burada onlar Avroliqanın müvafiq
mərhələsində Çempionlar Yolunda çıxış edəcəklər. Pley-off
mərhələsində mübarizəni dayandıranlar Avroliqanın qrup mərhələsinə
avtomatik vəsiqə qazanacaqlar.

Liqa Yolu (2 vəsiqə)

Burada UEFA reytinqində 5-6-cı yerləri tutan ölkələrin 3-cü
komandaları, habelə, 7 – 15-ci yerlərdəki ölkələrin
vitse-çempionları çıxış edəcək. Ümumilikdə 3 seçmə mərhələ
keçiriləcək:

II təsnifat mərhələsi: 6 komanda;

III təsnifat mərhələsi: 5 komanda və II təsnifat mərhələsinin 3
qalibi;

Pley-off: III təsnifat mərhələsinin 4 qalibi.

II təsnifat mərhələsində uduzanlar mübarizəni Avropa Liqasının
Liqa yolu üzrə III təsnifat mərhələsində davam etdirəcəklər. III
təsnifat mərhələsində və ya pley-offda uduzanlar birbaşa Avropa
Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan Çempionlar Liqasının II təsnifat
mərhələsindən etibarən Çempionlar Yolu üzrə mübarizəyə başlayacaq
(sportnet.az).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp