Buraxılış imtahanlarının esse mövzuları açıqlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarında
şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər və
inşa (esse) mövzularına aid nümunələrini açıqlayıb.

DİM-in mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, ümumi təhsil müəssisələrində təhsilalanların yekun
qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarına
əsasən şagirdlər ümumi və tam orta (9-cu və 11-ci sinif) təhsil
səviyyəsi üzrə buraxılış imtahanlarında test tapşırıqlarından əlavə
təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında
inşa (esse) yazırlar. Ümumi orta təhsil (9-cu sinif) haqqında
fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq
məcburidir.

Qeyd edək ki, imtahanlarda inşanın (essenin) yazılmasına 30
dəqiqə vaxt ayrılır.

Qeyd olunan linklərdə 2018-ci ildə 9-cu və 11-ci sinif üzrə
buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə
yazacaqları inşalara verilən tələblər, həmçinin inşa (esse)
mövzularına aid nümunələr (Azərbaycan və rus dilində) təqdim
edilib.


2018-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında
şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər
haqqında


О требованиях к написанию сочинения (эссе) учениками на выпускных
экзаменах по уровню общего среднего образования в 2018 году


2018-ci ildə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında
şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər
haqqında


О требованиях к написанию сочинения (эссе) учениками на выпускных
экзаменах по уровню полного среднего образования в 2018
году


2018-ci ildə ümumi orta və tam orta təhsil səviyyələri üzrə
təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası)
üçün inşa (esse) mövzularına nümunələr


Образцы тем сочинений (эссе) для итогового оценивания знаний
обучающихся по уровням общего среднего и полного среднего
образования в 2018-м году

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp