“Bir xalanın sirri” filminin qalası keçirildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın premium kinoteatrı “CinemaPlus Gənclik
Mall”da” komediya janrında olan “Bir xalanın sirri” filminin qalası
keçirilib.

“Report” xəbər verir ki, “Cinemazadeh” studiyasi və “İlk
Media”nın birgə istehsalı olan filmin galasında, filmdə rol alan
aktyorlar, tanınmış incəsənət nümayəndələri, dəvət olunan qonaqlar,
media nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təqdim
olunub.

Xronometrajı 80 dəqiqə olan filmin rejissoru Emil Quliyev,
prodüserləri “Cinemazadeh” studiyasının baş direktoru Cəfər
Axundzadə və “İlk Media” şirkətinin direktoru İlkin Həsənidir.

Filmdə rolları İlkin Həsəni, Ramil Babayev, Azər Baxşəliyev,
İlkin Misgərli, Nicat Rəhimov, Elşən Orucov, Gülzar Əşrəfova ifa
ediblər.

Filmin süjet xəttinə görə, hadisələr “Bozbash Pictures”in 6 əsas
qəhrəmanının başına gəlir. Bacısına toy eləmək istəyən Şoşu toya
iki gün qalmış təzə kürəkəni də götürüb, qohumları ilə birlikdə
paytaxda toyqabağı istirahət üçün gəlirlər. Paytaxtdakı əyləncə
mərkəzlərinin birində spirtli içki qəbul edən qohumlar bir də
gözlərini səhər oteldə açırlar. Bundan sonra qəhrəmanların hərəsi
bir yerdə, bir vəziyyətdə aşkar olunur.

Film martın 1-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində
nümayiş olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp