Balıq uşaq orqanizminə necə təsir edir?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Uşaq yaşlarında ayda heç olmazsa bir dəfə balıq yemək
gələcəkdə təhlükəli xəstəliklərin çoxunun inkişaf riskini
azaldır.

İsveçin Höteborq Universitetinin alimlərinin apardıqları
tədqiqatın nəticələri bu faktı təsdiq edib.

İsveçli diyetoloqlar uşaq yaşlarında yeyilən balıq və balıq
məhsullarının potensial faydasını üzə çıxarıblar. Məlum olub ki,
böyüməkdə olan orqanizmin rasionuna daxil olan balıq ot
qızdırmasının (pollinoz) inkişaf riskini xeyli azaldır.

Tədqiqatçılar bir yaşınadək olan uşaqların qidalanması və həyat
tərzi ilə bağlı 4 min valideyn arasında sorğu aparıblar, uşaqlar
bir az böyüyəndən sonra onların sağlamlıq durumunu yoxlayıblar.
Onlar belə qənaətə gəliblər ki, ayda heç olmazsa bir dəfə balıq
yeyən uşaqlar 12 yaşına çatanda allergiyanın inkişaf riskinə
təqribən 30 faiz az məruz qalırlar. Balıq məhsulları sonralar astma
və ekzemanın inkişaf riskini də azaldır.

Tədqiqatçıların sözlərinə görə, balığın faydalı xüsusiyyətləri
tərkibində antihistamin xassələrə malik omeqa-3 yağ turşusunun
miqdarının yüksək olması ilə bağlıdır. Alimlər bildirirlər ki,
hazırda rasionumuzda belə xüsusiyyətləri olmayan omeqa-6 yağ
turşusu daha çoxdur. Balığın tərkibində isə omeqa-3 ilə bərabər,
çoxlu faydalı maddələr, məsələn, vitamin D, müdafiə funksiyalarına
malik külli miqdarda zülal var. (Azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp