Bakıya yeni avtobuslar gətirilir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakı Nəqliyyat Agentliyi bu il ərzində 700-dən çox
nəqliyyat vasitəsini kart sisteminə keçirməyi nəzərdə
tutur.

Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin
direktorunun müşaviri Mübariz Abbasov məlumat verib.

Onun sözlərinə görə, nağdsız ödəniş sistemi nəqliyyat sistemində
şəffaflığı təmin edir: “Bu sistem sürücü məsuliyyətini artırır.
Sürücü artıq sovet dövründən qalma “plan vermə” sistemi ilə
işləmir”.
M.Abbasov bildirib ki, Bakı Nəqliyyat Agentliyi fəaliyyəti dövründə
50-dən çox yeni nəqliyyat vasitəsi gətirib.

Direktor müşaviri əlavə edib, dövlət tərəfindən 300-350
nəqliyyat vasitəsinin gətirilməsi planlaşdırılır. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp