Bakıda 4 milyonu ələ keçirən dələduza iş kəsildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda vətəndaşı qanunsuz azadlıqdan məhrum etməkdə və
dələduzluqda təqsirli bilinən Çingiz Abdullayevin cinayət işi üzrə
məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər
Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baş tutan
prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Çingiz Abdullayev 12 il müddətinə
azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Çingiz Abdullayevin 14 il müddətinə
azadlıqdan məhrum edilməsini təklif edib.

Çingiz Abdullayev Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz
azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir
qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar
təşkilat) tərəfindən törədildikdə), 170.3-cü (yetkinlik yaşına
çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq,
mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-cü (dələduzluq,
külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli
şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham
edilib.

İttiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı
sakini Tofiq Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət
edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları
məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini
bildirib.

Həyata keçirilən tədbirlər nəticəsində Loğman Abdullayev, Emin
Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Nurlan
Bayramov, Gəray Abdulov və Tural Qasımov saxlanılıb.

Həmin şəxslər CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum
etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat)
tərəfindən törədildikdə), 170. 3-cü (yetkinlik yaşına çatmayanı
cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq,
mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq,
külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli
şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham
olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Loğman Abdullayev 18
il, Pərviz Rzayev 16 il, Emin Qasımov 16 il müddətinə azadlıqdan
məhrum edilib.

Ruslan Hacıyev, Fərhad Tağıyev Tural Babazadə və Gəray
Abdullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum
etmə) maddəsi tətbiq olunaraq, onlara şərti cəza verilib.

Cinayətin iştirakçısı olmuş Loğman Abdullayevin atası Çingiz
Abdullayev səhhəti ilə bağlı ölkə xaricində olduğu üçün onun
barəsində axtarış elan edilib.

Sonradan həbs olunan Çingiz Abdullayev hakim qarşısına
çıxarılıb.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir