Azərbaycanlı aktrisa Rusiyanı şoka saldı: Məşhur rejissora qarşı zorlama ittihamı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Azərbaycanlı gənc aktrisa rus rejissor Mark Rozovski
tərəfindən zorlandığını deyib.
Publika.az xəbər verir ki, bu barədə aktrisa Fatimə
Abbasquliyeva Rusiyanın “Birinci” kanalında danışıb.
O, aparıcısı Andrey Malaxov olan “Canlı efir” («Прямой эфир»)
tele-şousunda 12 il əvvəl məşhur rejissor Mark Rozovskinin onu
zorladığını deyib:
“Mark Rozovski mənim müəllimim idi, mən onu atam kimi görürdüm və
ondan çox şey öyrənirdim, ilhamlanırdım. Bir gün hər şey alt-üst
oldu. mənimlə teatrdan kənarda görüşüb, evimlə bağlı söhbət etmək
istədiyini dedi. Məni evinə dəvət etdi və sonra bu hadisəni
törətdi…”
Rejissorun daha sonra da belə təkliflər etdyini deyən aktrisanın
sözünü verilişdə iştirak edən digər aktrisalar və izləyicilər də
təsdiqləyib. Onlar Rozovskinin bu cür əməllərinin olduğunu
deyiblər:
“Mən Şərq ailəsindənəm. Ciddi tərbiyə görərək böyüdülmüşəm və
indi sübut etmək istəyirəm ki, heç bir pislik cəzasız qalmır”.
Veriliş zamanı 80 yaşlı rejissorla canlı efirdə əlaqə
saxlanılıb, o isə bütün bunları inkar edib və şər-böhtan
adlandırıb:
“Deyilənlərin hamısı yalandır. Onunla heç vaxt təklikdə
qalmamışıq. Məndən həmişə baş rollar istəyirdi, mən isə ona kiçik
rollar vermişəm. Bəlkə də buna görə intiqam almaq istəyir”.
Qeyd edək ki, bu mövzu hazırda Rusiya mediasında gündəmə
çevrilib.