Azərbaycanda yeni yaradılacaq institutun fəaliyyət sahələri AÇIQLANDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezidentin Fərmanı ilə yaradılacaq və publik hüquqi
şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət
sahələri müəyyən edilir.

Qida Təhlükəsizliyi Agentliyindən Publika.aza
verilən məlumata görə, nizamnaməsi və strukturu hazırlanmaqda olan
İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki
araşdırmalar aparacaq. Eyni zamanda elmi prinsiplərə əsaslanan risk
qiymətləndirilməsi həyata keçirəcək, qida təhlükəsizliyi sahəsində
normativ-texniki aktların layihələrini hazırlayacaq, qida
məhsullarına dair beynəlxalq standartların qida məhsullarının
istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının
təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri
göstərəcək.

Dünya praktikasında: Avropa ölkələrində, Amerikada həm dövlət
səviyyəsində, həm də müstəqil olaraq anoloji institutlar mövcuddur.
Qida sahəsində xüsusilə elmi araşdırmaların aparılmasında bu
institutların çox böyük əhəmiyyəti var. Beynəlxalq təcrübədən məlum
olduğu kimi, belə institutların tədqiqatlarının mərkəzində, hər
hansı qida məhsullarının insan orqanizminə təsiri üzrə çoxillik
araşdırmalardan tutmuş, qablaşdırmalar, qida əlavələri, müxtəlif
məhsulların inqrediyentlərinədək qida təhlükəsizliyinin bütün
aspektlərinin öyrənilməsi durur, təcrübələr qoyulur, alınan
nəticələr növbəti mərhələlərdə standart və tələblərin yaradılması
üçün əsas və istinad rolu oynayır. Eləcə də təhlükəli qida
məhsullarının insan orqanizmində yarada biləcəyi xəstəliklər,
risklər öyrənilir, onların dərəcələri barədə məlumatlar
verilir.

Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutu Qida Təhlükəsizliyi
Agentliyininin tabeliyində fəaliyyət göstərəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp