“Azərbaycan xalçası” brendi yaradılacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi
yaradılacaq.

Publika.az xəbər verir ki, bu, Azərbaycan
prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq
edilən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və
inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət
Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən İqtisadiyyat Nazirliyi və “Azərxalça”
ASC 2018-2022-ci illərdə “Azerbaijan carpet” (“Azərbaycan xalçası”)
brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda
təşviqini təmin etməlidir. İqtisadiyyat Nazirliyi və “Azərxalça”
ASC-yə 2018-2019-cu illərdə Azərbaycanda istehsal olunan xalçaların
ixracının təşviqi üçün internet portalının yaradılması da
tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp