Azərbaycan jurnalistlərinin VII qurultayına hazırlıq yekunlaşır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan jurnalistlərinin VII qurultayının keçirilməsi
üzrə Təşkilat Komitəsi ali məclislə əlaqədar sənədləşmə işlərini
yekunlaşdırmaq üzrədir.

Publika.az bildirir ki, Təşkilat Komitəsindən
verilən məlumata görə, hazırda Mətbuat Şurasına üzv qurumların
tədbirdə iştirak edəcək nümayəndələrinin siyahısı
dəqiqləşdirilir.

Bildirilir ki, eyni zamanda üzv təşkilatlar tərəfindən Mətbuat
Şurasının İdarə Heyətində təmsil olunmaq üçün namizədlərin
verilməsi prosesi də başa çatmaqdadır.

Jurnalistlərin VII qurultayının keçirilməsi üzrə Təşkilat
Komitəsi fevralın 5-dən bu günədək üzv təşkilatlarla təmaslar
qurub, müvafiq məlumatlandırma işləri aparıb, təşkilatların MŞ
İdarə Heyətinə seçilmək üçün qurultayda adları səsvermə bülleteninə
daxil ediləcək namizədləri ilə bağlı anketlərinə cavablarını
qruplaşdırıb.

Anketlərdə ən çox səs toplamış 24 jurnalist, 18 ictimaiyyət
nümayəndəsi və 9 internet informasiya resursu təmsilçisi olan
namizədin adının yer aldığı vahid seçki bülleteni tərtib
ediləcək.

İndiyədək qurultayda iştirak etmək üçün 170 təşkilatdan 205
nümayəndə qeydiyyatdan keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp