ABŞ və Rusiyanın qorxduğu başına gəldi – RƏSMƏN AÇIQLADILAR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Çin nüvə yanacaqlı təyyarədaşıyan gəmini inşa etmək üçün
lazımı texnologiyanın inkişaf prosesini sürətləndirdiyi
açıqlayıb.

Publika.az xəbər verir ki, bu haqda Çin
Kommunist Partiyasının rəsmi orqanlarından “Global Times” qəzeti
“China shipbuilding Industry Corporation” (CSIC) müdafiə sənayesi
şirkətinə istinad edərək yazıb.

Xəbərə görə, CSIC nüvə yanacaqlı təyyarədaşıyan gəmisi, yeni
tipli nüvə dənizaltısı və kəşfiyyat dəniz vasitələrində tətbiq
olunacaq texnologiyaların inkişaf prosesini sürətləndirib.

Ekspertlərə görə, Çinin müdafiə sənayesi sahəsində əldə etdiyi
uğurlar Rusiya və ABŞ tərəfindən narahatlıqla izlənilir. Təsadüfi
deyil ki, ABŞ İran və Rusiya ilə yanaşı, Çini də Vaşinqton üçün
əsas təhdidlər adlandırıb. Rusiya isə, hər nə qədər Çinlə hərbi
əməkdaşlığa müsbət yanaşsa da, mütəxəssislər hesab edir ki, bu
ölkənin müdafiə sənayesi yaxın gələcəkdə dünyanın silah bazarında
Rusiya üçün ən ciddi rəqiblərdən biridir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp