“ABŞ və İsrail Türkiyə qarşı…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO)
Suriyanın Afrin bölgəsində terrorçulara ağır zərbələr endirdiyi bir
vaxtda İsrailin “The Jerusalem Post” qəzeti Amerika və İsrailin
planlarını da ortaya çıxarıb.

Publika.az xəbər verir ki, Afrindəki YPG
terrorçularının ağır zərbələr aldığını yazan nəşr onların hava
qüvvələri ilə təmin edilməli olduğunu yazıb.

Raçel Avraham imzalı yazıda bildirilir ki, İrandan Aralıq
dənizinə açılacaq yolun bağlanması üçün YPG dəstəklənməlidir.

“Əgər İsrail və ABŞ hava dəstəyi ilə bölgədəki qüvvələri
cəsarətləndirə bilsə, bölgədəki status-kvo həm Amerika, həm də
İsrailin lehinə dəyişə bilər”, – nəşr yazıb.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp