ABŞ kəşfiyyatı Rusiyanın gizli müdaxiləsini SÜBUT ETDİ: “7 ştatda…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ kəşfiyyatı Rusiyanın 7 ştatda seçkilərə müdaxiləsini
sübut edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən
xəbər verir ki, bu haqda bir neçə Amerika məmuruna istinadən “NBC
News” telekanalı bildirib.

Kəşfiyyatın üç yüksək vəzifəli rəsmisinin sözlərinə görə, bunlar
Alyaska, Arizona, Kaliforniya, Florida, İllinoys, Texas və
Viskonsin ştatlarıdır.

“Yeddi ştatda computer sistemlər müxtəlif üsullarla açılıb. Həm
də bəzi pozuntular digər ştatlarla müqayisədə daha ciddi idi:
ştatların saytlarına girişdən seçicilərin qeydiyyatının faktiki
sistemlərinə müdaxiləyə qədər”, – mənbələr bildiriblər.

Öz növbəsində, İllinoys ştatı hələ 2016-cı ilin yayında
seçicilərin qeydiyyatı sisteminə kiberhücumu aşkar edib və bu haqda
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə bildirib.

Qeyd edək ki, rəsmi Moskva sözügedən ittihamları dəfələrlə rədd
edib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp