Yeni müharibənin TARİXİ, bir həftəyə QARABAĞ…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

MSK) Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən
prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin
namizədliyini qeydə alıb. Azərbaycan prezidentinin İctimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənov İrəvana sərt mesajlar verib.
ABŞ Türkiyəni sanksiyalarla hədələyib. Suriyanın Şərqi Quta
bölgəsində “humanitar pauza” rejimi qüvvəyə minib. ABŞ Rusiyaya
qarşı yeni sanksiyaları 30 gün ərzində tətbiq edəcək.

Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan
Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş
İlham Əliyevin namizədliyini qeydə alıb.
Bu barədə
qərar bu gün MSK-nın iclasında qəbul edilib. Bununla, İlham Əliyev
rəsmən qeydə alınan ilk prezidentliyə namizəd olub.

“Azərbaycan ordusu bölgənin texniki cəhətdən ən
təmin olunmuş, döyüş qabliyyəti yüksək olan ordusu hesab edilir.
Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir. Əgər
bu gün bizə mane olmasalar və yaxud biz ermənilərin Azərbaycan
torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddətdə – bir
həftənin, bir ayın içində Azərbaycan torpaqlarını azad etmək
gücündəyik. İnanın, buna bu gün ordumuzun həm milli iradəsi çatır,
həm də ordudakı və Azərbaycan cəmiyyətindəki vətənpərvərlik hissi
buna imkan verir. Həm də bütövlükdə texniki, hərbi hazırlığımız o
səviyyədədir ki, 1 ayın içərisində Ermənistanın ərazisini götürə
bilərik”.

Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin
Amsterdamda bu gün baş tutan növbədənkənar qurultayında deyib.

“Ermənistan və Azərbaycan arasında silahlı
konfliktin yenilənməsi təhlükəsi artır”.
Bunu ABŞ-ın
Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Jamanak” qəzetinin
müxbirinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dağlı Qarabağda yeni müharibə Azərbaycan,
Ermənistan və Rusiyada keçirilən seçkilərdən sonar baş verə
bilər.

“Azərbaycan, Rusiya və Ermənistanda seçkilər başa çatdırdan və
hakimiyyətin yenidən təşkilinin tamamlanmasından sonra Qarabağ
münaqişəsinin danışıqlar yolu ilə nizama salması üçün imkan yarana
və ya əksinə, hərbi əməliyyatlar yenilənə bilər”, – ABŞ-ın keçmiş
səfiri qeyd edib.

Türkiyənin Şırnak vilayətinin Silopi mahalında
tutulan bir terrorçunun ifadəsi PKK terror təşkilatının Türkiyə ilə
bağlı dəhşətli planı ortaya çıxıb.
İraq və Suriyada
ağır zərbələr alan terror təşkilatı Türkiyədə sensasiyalı terror
aktlarını törətməyi planlaşdırır.

Tutulan “Demot” kod adlı A.K. da Türkiyəyə məhz bunun üçün
göndərilmişdi. İfadəsi alınan “Demot” PKK-nın “tək canavar”ı olduğu
ortaya çıxıb. Məlum olub ki, ABŞ-ın nəzarəti altında Rakkadan çıxan
İŞİD terrorçularının PKK/PYD terror təşkilatına “tək canavar”
taktikası üzrə təlim veriblər. Məlumata görə, Türkiyənin kəşfiyyat
qurumları təhlükəsizlik qurumlarını “tək canavar” taktikası üzrə
xəbərdar edib.

Afində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya
Ordusunun (ASO) həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə
ağır zərbələr alan YPG (PKK terror təşkilatının Suriya qolu olan
PYD-nin silahlı qanadı –red.) Hasekedə güclənməyə
çalışır.
Terror təşkilatı şəhərin girişində yerləşən
böyük lövhədən keçmiş prezident Hafiz Əsədin (indiki president
Bəşər Əsədin atası –red.) şəklini endirərək onu PKK-nın lideri
Abdullah Öcalan və digər terrorçuların şəkilləri ilə əvəz edib.

Bu isə PYD-nin PKK ilə bağlantısını növbəti dəfə sübut edib.

Qeyd edək ki, Türkiyə PYD-nin PKK-nın bir qolu olduğunu açıqlasa
da, ABŞ bunu qəbul etmir və terror təşkilatına yardımlarını davam
etdirir. ABŞ-ın terror təşkilatına yardımları Ankara-Vaşinqton
xəttində gərginlik yaradan əsas məsələ hesab olunur.

ABŞ Türkiyəni Rusiyadan “S-400” zenit-raket
komplekslərinin alınmasından imtina etməyə çağırıb, əks təqdirdə
Ankara barəsində sanksiyalar tətbiq edilə bilər.
Bu
haqda Vaşinqtondakı mənbəyə istinadən “Habertürk” nəşri
bildirib.

Praqa məhkəməsi PYD lideri Saleh Müslümü azadlığa
buraxıb.
Bu barədə informasiyanı “Anadolu” agentliyi
yayıb.

Saleh Müslümün azadlığa buraxılmasına münasibət bildirən
Türkiyənin Çexiyadakı səfiri Əhməd Necati Bigalı məhkəmə qərarının
apelyasiyası olmadığını və PYD liderinin Çexiyanı tərk edə
biləcəyini bildirib. Bigalı təəssüf doğuran bu qərarın ikitərəfli
münasibətlərə mənfi təsir göstərə biləcəyini qeyd edib.

Qeyd edək ki, bundan öncə Türkiyə Saleh Müslümün
ekstradisiyasını tələb etmişdi.

Ankara Saleh Müslümü beynəlxalq axtarışa verib. Onun başına 4
milyon lirə mükafat qoyulub.

Praqa məhkəməsinin PYD-nin (PKK terror təşkilatının
Suriya qolu –red.) keçmiş həmsədri Saleh Müslimlə bağlı qərarına
Türkiyə hökumətindən ilk reaksiya gəlib.
Baş nazirin
müavini və hökumət sözçüsü Bəkir Bozdağ Çexiyanın qərarının Ankara
üçün sürpriz olmadığını bildirib.

“Saleh Müslümin buraxılması barədə qərar iki ölkə arasındakı
əlaqələrə mənfi təsir edən və terror təşkilatına dəstək verən
qərardır. Çexiyanın qərarı bizim üçün sürpriz olmadı. Bu, siyasi
qərardır. Qanun var, amma ona əməl edən yoxdur. Əks halda,
terrorçuların lideri Türkiyəyə ekstradisiya edilərdi”, – o
deyib.

Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən
Şərqi Quta bölgəsində “humanitar pauza” rejimi qüvvəyə
minib.
Bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu
bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin
tapşırığı ilə fevralın 27-də yerli vaxtla saat 9:00-dan 14:00-a
kimi gündəlik “humanitar pauza” rejimi qüvvədə olacaq. Bu müddətdə
ərazidə əməliyyatlar keçirilməyəcək.

Humanitar dəhlizin çıxışında təhlükəsizliyi Rusiya hərbi polisi
və Suriya ordusunun hərbi qulluqçuları təmin edəcək. Humanitar
dəhlizin ətrafında Al-Duveyr qəsəbəsində mobil tibb məntəqəsi
fəaliyyət göstərəcək. Ərazidən çıxarılan dinc sakinlərin nəqli üçün
avtobuslar ayrılıb.

Lakin sonradan yayılan xəbərlərə görə, Suriya
prezidenti Bəşər Əsədə sabiq qüvvələr yenidən Şərqi Quta bölgəsini
bombardman ediblər
. Hücum zamanı xeyli dinc sakin
həlak olduğu bildirilir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası fevralın 25-də Suriyada
30 günlük atəşkəs barədə qərar qəbul etmişdi.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing.
Organisation for the Prohibition of Chemical Weapons) Suriyada
araşdırmalara başlayıb.
Təşkilat Suriyadakı kimyəvi
silahlardan istifadə edildiyinə dair iddiaları araşdıracaq.

Qeyd edək ki, son günlər Suriyanın hökumət güclərinin kimyəvi
silahdan istifadə etdiyinə dair iddialar çoxalıb. ABŞ isə bəyan
edib ki, Dəməşqin kimyəvi silahlardan istifadə etməsi sübuta
yetirilərsə, bu, Suriya ordusunun vurulması üçün əsas yarada
bilər.

Bəşər Əsəd rejiminin Suriyada kimyəvi silahdan
istifadə etdiyi təsdiqlənsə, rejimə qarşı hava əməliyyatına dəstək
veriləcək.
Bu sözləri Böyük Britaniyanın Xarici İşlər
naziri Boris Conson deyib.

“Əgər bu tip silahların istifadəsinə dair sübutlar ortaya çıxsa
və bizə əməliyyatlara qatılmaq üçün təklif gəlsə, bunu ciddi
şəkildə düşünəcəyik”, – XİN rəhbəri deyib.

Qeyd edək ki, bir qədər Fransa da kimyəvi silahdan istifadənin
təsdiqlənəcəyi halda Suriyanın vurulacağını açıqlamışdı.

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları 30 gün ərzində
tətbiq edəcək.
Bunu jurnalistlərə açıqlamasında ABŞ
Maliyyə naziri Stiven Mnuçin söyləyib.

Qeyd edək ki, bundan öncə Mnuçin yeni sanksiyaların tətbiq
ediləcəyini söyləsə də, dəqiq tarix açıqlamamışdı. ABŞ yanvarın
sonlarında “Kreml hesabatı”nı açıqlayıb. Hesabata 210 vəzifəli şəxs
və oliqarxın adı daxil edilib. Rəsmi Vaşinqton bu şəxslərin hər
birinin gələcəkdə sanksiyalar altına düşmək ehtimalı olduğunu bəyan
edib.

Moskva-Vaşinqton münasibətlərində problemlər həmişə
olacaq.
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın
Rusiyadakı səfiri Con Hantsman söyləyib.

Onun sözlərinə görə, bu münasibətlər mərhələli şəkildə, geriyə
baxılmadan həll edilməlidir.

Martın 18-də keçiriləcək prezident seçkilərində
Vladimir Putinin yenidən seçilməsinə mane olmaq məqsədiylə Donbasda
yaxın günlərdə müharibə başlana bilər.
Bu haqda
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın
üzvü, politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb.

Əfqanıstandakı böhranın sülh yolu ilə həlli
Talibanla birbaşa müzakirələrdən keçir.
Bu barədə
bəyanatı Taliban yayıb.

“İşğalın sona çatması üçün Əfqanıstan böhranının sülh yolu ilə
həllini istəyirik. Amerika və müttəfiqləri Əfqanıstan böhranını
hərbi yolla həllinin olmadığını anlamalıdır. Son 17 ildə dəfələrlə
sınaqdan keçirilən hərbi strategiyalar yalnız savaşı qızışdırmağa
və uzatmağa yardım edib. Bunu davam etdirmək heç kimin marağına
xidmət etmir”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, bundan öncə ABŞ Talibanla danışıqlara hazır
olduğunu açıqlamışdı.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp