XXI əsrin ən aşağı temperaturu qeydə alındı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Bir neçə gündən bəri Rusiyanın Sibir regionundan Avropa
istiqamətində hərəkət edən aşağı təzyiqli hava kütlələri Avstriya
ərazisində temperaturun kəskin düşməsinə səbəb olub. Avstriyalı
sinoptiklər fevralın 25-dən 26-na keçən gecəni zarafatyana
Avstriyada XXI əsrin ən soyuq gecəsi adlandırıblar. Alp dağlarında
yerləşən Sonnblik metroloji stansiyasında civə sütunu son iyirmi
ilin ən aşağı göstəricisini (-30,6 dərəcə) qeydə alıb.
Yaşayış məntəqələri içərisində isə ən aşağı temperatur İtaliya
ilə həmsərhəd Karintiya əyalətindəki Flattnits qəsəbəsində (-25,4
dərəcə) müşahidə olunub.
Sinoptiklərin məlumatına görə, arktik hava şəraiti öz zirvə
nöqtəsinə həftənin çərşənbə axşamı çatacaq. Həmin gün paytaxt
Vyanada temperaturun -20 dərəcəyədək düşəcəyi, dağlıq ərazilərdə
isə yeni rekordun qeydə alınacağı gözlənilir. (Azərtac)