Vətəndaşı təhqir edən polis əməkdaşı orqandan qovuldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər
orqanlarından xaric edilib.

Bir neçə gün öncə sosial şəbəkələrdə Masallı rayonundan olan bir
gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks etdirən
video yayılıb.

Dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən
xidməti yoxlama aparılıb və nəticədə fakt təsdiqini tapıb. Bundan
sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun
imzaladığı müvafiq əmrlə vətəndaşı təhqir etdiyinə, polis adına
yaraşmayan və bu ada xələl gətirən hərəkətlərə yol verdiyinə görə
Binəqədi rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı Rəşad
Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı
təsdiqləyiblər. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp