Türkiyə parlamentində Xocalı fotosərgisi açıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının
26-cı ildönümü ilə əlaqədar fotosərgi açılıb.
Publika.az xəbər verir ki, sərginin açılışında
Türkiyə Böyük Millət Məclisinin sərdi İsmayıl Qəhrəman, Baş nazir
Binəli Yıldırım, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim,
ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd
Seyidov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun
rəhbəri Necdet Ünüvar və digər rəsmi şəxslər iştirak ediblər.