Terrorçuların lideri barədə qərara Ankaradan ilk REAKSİYA – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Praqa məhkəməsinin PYD-nin (PKK terror təşkilatının
Suriya qolu –red.) keçmiş həmsədri Saleh Müslimlə bağlı qərarına
Türkiyə hökumətindən ilk reaksiya gəlib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki, baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ
Çexiyanın qərarının Ankara üçün sürpriz olmadığını bildirib.

“Saleh Müslümin buraxılması barədə qərar iki ölkə arasındakı
əlaqələrə mənfi təsir edən və terror təşkilatına dəstək verən
qərardır. Çexiyanın qərarı bizim üçün sürpriz olmadı. Bu, siyasi
qərardır. Qanun var, amma ona əməl edən yoxdur. Əks halda,
terrorçuların lideri Türkiyəyə ekstradisiya edilərdi”, – o
deyib.

Qeyd edək ki, bu gün Praqa məhkəməsi Saleh Müslimi sərbəst
buraxıb. İnterpol vasitəsilə axtarışa verilən Saleh Müslim fevralın
25-də Çexiyanın paytaxtı Praqada saxlanılmışdı. Türkiyə isə onun
ekstradisiyasını tələb etmişdi.

Onun adı Türkiyənin Daxili İşlər Nazirliyinin “terrordan
axtarılanlar” siyahısında idi və başına 4 milyon lirə mükafat
qoyulmuşdu.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp