Tbilisinin böyük bazarlarından birində yanğın



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Tbilisi şəhərinin mərkəzində yerləşən böyük əşya
bazarında yanğın baş verib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, əraziyə təqribən 35 yanğınsöndürmə briqadası cəlb
olunub.

Yanğının səbəbləri məlum deyil. Şəhər meri Kaxa Kaladze hadisə
yerinə gəlib.

Mağaza sahibləri öz mallarını xilas etməyə çalışırlar. Təcili
yardım briqadaları və patrul polisi əməkdaşları hadisə yerinə
səfərbər olunub. Bazara bitişik ərazilər çəpərlənib, nəqliyyat
vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp