Suriyada önəmli QƏRAR: Putinin tapşırığı yerinə yetirildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən
Şərqi Quta bölgəsində “humanitar pauza” rejimi qüvvəyə
minib.

Publika.az TASS agentliyinə istinadən xəbər
verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu
bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin
tapşırığı ilə fevralın 27-də yerli vaxtla saat 9:00-dan 14:00-a
kimi gündəlik “humanitar pauza” rejimi qüvvədə olacaq. Bu müddətdə
ərazidə əməliyyatlar keçirilməyəcək.

Humanitar dəhlizin çıxışında təhlükəsizliyi Rusiya hərbi polisi
və Suriya ordusunun hərbi qulluqçuları təmin edəcək. Humanitar
dəhlizin ətrafında Al-Duveyr qəsəbəsində mobil tibb məntəqəsi
fəaliyyət göstərəcək. Ərazidən çıxarılan dinc sakinlərin nəqli üçün
avtobuslar ayrılıb.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp