Suriya ordusu vurula bilər – Araşdırma BAŞLADI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing.
Organisation for the Prohibition of Chemical Weapons) Suriyada
araşdırmalara başlayıb.

Publika.az “Anadolu” agentliyinə istinadən
xəbər verir ki, təşkilat Suriyadakı kimyəvi silahlardan istifadə
edildiyinə dair iddiaları araşdıracaq.

Qeyd edək ki, son günlər Suriyanın hökumət güclərinin kimyəvi
silahdan istifadə etdiyinə dair iddialar çoxalıb. ABŞ isə bəyan
edib ki, Dəməşqin kimyəvi silahlardan istifadə etməsi sübuta
yetirilərsə, bu, Suriya ordusunun vurulması üçün əsas yarada
bilər.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp