Şirvanda 2 uşaq atası itkin düşdü
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Şirvanda 40 yaşlı iki uşaq atası dörd gündür ki, itkin
düşüb.
APA-nın məlumatına görə, 40 yaşlı Şirvan sakini İbrahimov Rövşən
Vladimir oğlu 23 fevral, axşam saat 18.44-də işə getmək adı ilə
evdən çıxıb və bir daha geri qayıtmayıb. Rövşən İbrahimov Şirvan
şəhər Əlillərin Regional Bərpa Mərkəzində gözətçi vəzifəsində
çalışırmış.
Həyat yoldaşı Şəbnəm İbrahimovanın dediyinə görə, o evdən
gedərkən mobil telefonunu evdə qoyub. Bu səbəbdən onunla əlaqə
saxlamaq mümkün olmayıb. Ailəsi Şirvan Şəhər Polis Şöbəsinə ərizə
ilə müraciət edib.