Sabah hava necə olacaq? – PROQNOZ
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman,
çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6,
gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85,
gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi
gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti,
dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8
dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Fevralın 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif
və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən
əlverişlidir.