Qiyamət baş verərsə, bu QAPI AÇILACAQ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Norveç 10 il əvvəl Şimal buzlu okeanının cənubunda
yerləşən Svalbard adasında qurduğu qlobal toxum anbarının
infrastrukturunu genişləndirəcək.

Publika.az xəbər verir ki,
THE Verge internet” saytının xəbərinə görə,
hökumət səlahiyyətliləri ehtimal edilən qiyamət ssenarisinə
hazırlıq çərçivəsində Yer kürəsindəki kənd təsərrüfatı məhsullarını
qorumağı hədəfləyən anbarın infrastrukturun genişləndirilməsi üçün
100 milyon Norveç kronunun (12,7 milyon dollar) xərclənəcəyini
açıqlayıblar.

Adada bir qayanın içində tikilən anbarda bir xidmət binası əlavə
ediləcək. Həmçinin anbarın girişindəki tunel yenilənəcək.

Svalbardda toplanılan toxum nümunələri ilk dəfə 2015-ci ildə
Suriyanın Hələb vilayətində regional toxum anbarının zərər
görməsindən sonra Mərakeş və Livanda iki yeni regional toxum
anbarının qurulması üçün istifadə edilmişdi. Anbardakı toxumlardan
yetişdirilən məhsullardan alınan yeni toxumlar 2017-ci ildə anbarın
ehtiyatına əlavə olunub.

Anbarda dünyadakı bütün toxum növlərinin toplanması
planlaşdırılır. Onlardan Yer kürəsində fəlakətlərin baş verəcəyi və
kənd təsərrüfatı məhsulları məhv olacağı halda, bu sahənin
canlandırılması üçün istifadə ediləcək. Anbarda hazırda dünyanın
müxtəlif ölkələrində yetişdirilən kənd təsərrüfatı məhsullarına aid
890 min toxum var. Amma anbarın 4,5 milyon toxum saxlama
qabiliyyəti var.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp