Putinin agentindən SENSASİYALI İDDİA: “Vaşintonla uyğunlaşdırmadan…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Ukraynanın kukla hakimiyyəti xarici və daxili
siyasətdəVaşinqtonla uyğunlaşdırmadan heç bir strateji qərar qəbul
etmir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən
xəbər verir ki, bunu “Ukrayna seçimi – xalqın hüququ” ictimai
hərəkatın lideri Viktor Medvedçuk bildirib.

“Ukraynanın inkişafına Birləşmiş Ştatların investisiyaları
haqqında hekayələr yalandır. Ukrayna ABŞ-ın koloniyasına çevrilib.
ABŞ müstəqil ölkəyə pul qoymur. Suveren və sabit Ukrayna onlara
lazım deyil”, – Medvedçuk vurğulayıb.

Onun fikrincə, Kiyevə səfəri zamanı ABŞ dövlət katibinin müavini
Con Sallivanın səsləndirdiyi tövsiyələr və arzular bütün aşkarlıqla
Ukraynanın siyasi müstəqilliyini qəti itirdiyini sübut edir.

Qeyd edək ki, Medvedçukun özü barədə də fikirlər birmənalı
deyil. Ötən il ABŞ-ın “Financial Times” nəşri “Rusiya prezidenti
Vladimir Putinin ən yaxın dostlarından biri” adlandırdığı Viktor
Medvedçuk barədə məqalə dərc edib.

Nəşr vurğulayırdı ki, çoxları onun Putinin agenti olmasından
şübhələnir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp