“Prezident seçkilərində…” – Putinin adamı yeni müharibənin TARİXİNİ AÇIQLADI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Martın 18-də keçiriləcək prezident seçkilərində Vladimir
Putinin yenidən seçilməsinə mane olmaq məqsədiylə Donbasda yaxın
günlərdə müharibə başlana bilər.

Publika.az xəbər verir ki, bu haqda Rusiya
prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü,
politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb.

“Kiyevin cəza rejiminin nəzarətində olan KİV-lər Rusiya
qoşunlarının müdaxiləsi ehtimalının yüksək olduğu və Rusiyanın
hücumuna cavab vermək zərurəti barədə təbliğat kampaniyasına
başlayıblar. Bu, ehtimal etməyə imkan verir ki, Kiyev yaxın
günlərdə genişmiqyaslı təxribat hazırlayır. Aydındır ki, Rusiyada
prezident seçkiləri ərəfəsində yeni müharibənin əsas məqsədi
seçkilərə təsir etməkdir”, – politoloq qeyd edib.

Markov Ukrayna Silahlı Qüvvələrinin əsas zərbə istiqamətləri
kimi Donetsk, Luqansk və Qorlovka şəhərlərinin adlarını çəkib.

“Yüzlərlə insan həlak olacaq. Bundan sonra Ukrayna Silahlı
Qüvvələri hərbi əməliyyatları dayandıracaq. Və Rusiya əhalisinin
reaksiyasını gözləyəcəklər. Nəticədə, Rusiya çox çətin vəziyyətdə
olacaq. Sərt cavab veriləcək? Amma, axı döyüş əməliyyatları artıq
başa çatıb. Bəyanatlarla kifayətlənmək lazımdır? O halda Putinin
Donbasdakı rusları qorumaqda qabiliyyətsiz olduğu bildiriləcək və
prezident seçkiləri ərəfəsində onun reytinqinin kəskin düşməsi
başlanacaq”, – Markov əmin edib.

Markovun sözlərinə görə, bombardmanlar “qorxunc reallıq” ola
bilər.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın
18-nə təyin edilib. Bu, Krımın Rusiya tərəfindən ilhaqının
rəsmiləşdirilməsinin dördüncü ildönümünə təsadüf edir. Ukraynanın
Xarici İşlər Nazirliyi Krımda prezident seçkilərinin keçirilməsinə
qarşı etirazla Rusiyanın Xarici İşlər Nazirliyinə nota
göndərib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp