Prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 168-ə çatdı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident
seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 168-ə
çatıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasından bildirilib.
Bildirilib ki, müşahidəçilərin 36-sı öz təşəbbüsü ilə müraciət
edib, 132-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli
sürülüb.
Bütün müraciətlərə müsbət cavab verilib. (trend)